
Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki. Cənubi Azərbaycan "Traktor"u səfərdə "Malavan"ın qonağı olub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Təbrizlilərin heyətində Reza Əsədi fərqlənib.
26 turdan sonra 43 xal toplayan komanda 16 komanda arasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.