"Neftçi" səfərində "Sabah" rəhbərindən alqışalayiq addım - FOTO

23 Oktyabr 2022 22:20 Maraqlı 1 065
"Neftçi" səfərində "Sabah" rəhbərindən alqışalayiq addım - FOTO

“Sabah” Premyer Liqanın 11-ci turunda “Neftçi”ni səfərdə məğlub edib – 3:2.

Gərgin keçən matçı izləyənlər arasında Masazır təmsilçisinin prezidenti Maqsud Adıgözəlov da yer alıb.

Amma klub prezidenti ənənəvi olaraq rəsmi şəxslərin yanında yox, bu dəfə fərqli qərar verərək digər rəhbər şəxslər - icraçı direktor Ramin Həsənov və idman direktoru İqor Ponomaryov birgə fanatlar olan tribunadan 90 dəqiqə oyunu izləyiblər.

Onun bu addımı azarkeşlər tərəfindən böyük sevgi ilə qarşılanıb. Hər halda sonuncu dəfə hansı Azərbaycan klubunun rəhbərinin bu addımı atdığını xatırlamıram.

Hakimin final fitindən sonra isə Maqsud bəyin ətrafına cəm olan tərəfdarlar qələbə selfisi etməyi də unutmayıblar. Gözəl görüntüyə səhnə olan həmin anın fotosun sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti