"Oxuyub və qol çəkib, cərimə nədirsə, onu da ödəyəcək"

30 Noyabr 2020 12:40 Şamaxı 570
"Oxuyub və qol çəkib, cərimə nədirsə, onu da ödəyəcək"

Azərbaycan Premyer Liqasında XI tur davam edir.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlində qonşular “Keşlə” və “Sabah” “ASK Arena”da üz-üzə gəlib.

54-cü dəqiqədə meydan sahibləri azlıqda qalıb. 10-cu dəqiqədə ilk sarı vərəqəni qarşısında görmüş Con Kamara “qırmızı“ alaraq, meydandan qovulub. 4 dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb.

85-ci dəqiqədə isə Sezar Meza Kolli tarazlığı bərpa edib. 72-ci dəqiqədə Ruslan Əmircanovlv əvəzlənmiş İlkin Qırtımov baş hakim İnqilab Məmmədov tərəfindən 86-cı dəqiqədə ikinci sarı vərəqəni "hədiyyə alıb".

Baş məşqçi Yunis Hüseynov vitse-kapitanla bu haqda danışacağını söyləyib: "Komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"