"Anama söz vermişəm ki..." - Kəndi işğaldan azad olunan milli üzvü

9 Noyabr 2020 13:00 Şamaxı 623
"Anama söz vermişəm ki..." - Kəndi işğaldan azad olunan milli üzvü

Azərbaycan ordusunun 27 sentyabrdan başlayan sürətli əks-hücum əməliyyatları davam edir.

Arxada qalan müddətdə ordumuz ciddi naliyyətlər qazanmaqdadır. Hər keçən gün işğalda olan torpaqlarımız qarış-qarış, kənd-kənd azad olunur.

İki gün əvvəl Füzulinin Qacar kəndinin işğaldan azad olunması xəbərinə ən çox sevinənlər arasında "Keşlə"nin və millimizin yarımmüdafiəçisi Vusal İsgəndərli də vardı.

Cinah yarımmüdafiəçisi sevinc hislərini Sportinfo.az-a danışıb: "Əlbəttə, çox sevincliyəm, çox xoşbəxtəm. İnşallah öz kəndimizə qayıdıram. Allah əsgərlərimizi qorusun. Onların qarşısında baş əyirəm. Bir ömür onlara borcluyuq".

İsgəndərli anasına söz verdiyini və kəndə qayıdan kimi ilk işi o sözü tutmaq olduğunu dedi: "İlk olaraq kəndimizə gedəcəm. Ailəmin məndən istəyi var, onları yerinə yetirəcəm. Anama söz vermişəm. Ona həmişə istədiyi şəraiti kəndimizdə yaradacam".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"