"Hamımız 1:6 hesablı məğlubiyyətə görə günahkarıq"

3 Noyabr 2020 22:00 Şamaxı 537
"Hamımız 1:6 hesablı məğlubiyyətə görə günahkarıq"

"Bu hesabla uduzmağı biz də istəmirdik. Məğlub olmuşuqsa, hamımız günahkarıq. Hər kəs öz səhvini başa düşür.

Meydanda olanlardan hər kəs bu məğlubiyyətə görə günahkar idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Premyer Liqanın VIII turunda səfərdə "Qarabağ"a 1:6 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, konkret günahkar axtarmalı deyillər: "Qarşıdakı oyunlara hazırlaşmalı və daha güclü olmalıyıq.

Komandanın qeyri-stabil çıxış etdiyinin fərqindəyik. Bunu aradan qaldırmağa çalışırıq. Çünki belə davam etsə, istədiyimiz pillələrdən uzaq olacağıq. Mütləq bunu düzəltməliyik".

"Keşlə"nin heyətində baxımlı qola imza atan İsgəndərli vurduğu qolun heç bir önəm kəsb etmədiyini söyləyib:

"Kaş xal qazana bilərdik. Qol vurduğuma görə sevinə bilmirəm, çünki bu, elə də vacib deyildi. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq və oyuna yalnız 3 xal üçün çıxacağıq. Başqa heç bir nəticə bizi qane edə bilməz".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"