AFFA bu səbəbdən "Keşlə"yə texniki məğlubiyyət verdi

6 Oktyabr 2020 16:56 Şamaxı 1 034
AFFA bu səbəbdən "Keşlə"yə texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi Azərbaycanın I Divizionunda mübarizə aparan "Keşlə-2"ni cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, I turun "Kəpəz"lə oyunun (2:6) 46-cı dəqiqəsində Bakı təmsilçisinin heyətində 78 nömrəli oyunçunun yerinə protokolda adı qeyd olunmayan 54 nömrəli futbolçu meydana daxil olduğu üçün hesab olduğu kimi saxlanılıb və meydan sahiblərinə texniki məğlubiyyət verilib. Həmçinin klub 400 manat cərimələnib.

Bundan başqa, matçda “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəyəcək. Həmçinin paytaxt klubunun 37 nömrəli futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.

Həmçinin "Sumqayıt-2” – “Qarabağ-2” görüşündə hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hərəsi 80 manat cərimələnib.

Eyni zamanda meydan sahiblərinin 19 nömrəli futbolçusu Nurlan Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb, klub isə 20 manat cərimə olunub.

Həmin qarşılaşmada oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün "gənclik şəhəri" təmsilçisi 40 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!