Yunis Hüseynov "Keşlə"dəkiləri niyə özündən narazı salıb?

29 Sentyabr 2020 10:52 Şamaxı 623
Yunis Hüseynov "Keşlə"dəkiləri niyə özündən narazı salıb?

«Keşlə»nin baş məşqçisi Yunis Hüseynovla futbolçular arasında ilk problem yaranqıb.

Sportinfo.az-ın məlumatına görə, komanda üzvləri onun tərtib etdiyi hazırlıq proqramındanı narazıdır.

Belə ki, gündəlik çalışmalarda intensivliyin təmin olunmaması, taktiki məşğələlərə az yer verilməsi ilə yanaşı, ötən oyunların analizinin lazımı səviyyədə aparılmaması onları şikayətçiyə çevirib.

Klub rəhbərliyi artıq bütün bunlar barədə məlumatlandırılıb. Elə idarəçilərin də Hüseynovdan şikayəti az deyil.

Bu, yalnız Premyer Liqanın ilk 4 turunda 5 xalın qahzanılmasından qaynaqlanmır. Komanda daxilində nizam-intizam zəifləyib – rəsmiləri bu məqam xüsusilə narahat edir.

Belə getsə, sıra Zaur Axundova gələcək. Müşahidə Şurasının sədri klubda son söz sahibidir və burada bütün məsələlər onun idarəsi sayəsində həll olunur. Hamı onu eşidir və hörmətlə yanaşır. Axundov toplantı keçirməsə, çətin ki, Hüseynov bu ağır yükün altından qalxa bilsin.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"