Bakı klubunda narahatlıq

22 Avqust 2020 18:48 Şamaxı 1 257
Bakı klubunda narahatlıq

Avqustun 27-də Avropa Liqasının I təsnifat mərhələsində “Laçi”ni (Albaniya) qəbul edəcək “Keşlə” itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Şahrux Qadoyev Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”la oyunda zədələnib.

Sumqayıtdakı qarşılaşmanın ikinci hissəsində rəqibin kobudluğuna məruz qalan özbəkistanlı futbolçu xəsarət alsa da, qısa müddət mübarizəni davam etdirib.

71-ci dəqiqədə Artur Batista ilə əvəzlənən Qadoyevin məhz zədə səbəbindən meydanı tərk etdiyi müəyyənləşib. 29 yaşlı oyunçunun durumu hələlik qeyri-müəyyən olsa da, zədənin ciddi olmadığı ehtimal edilir.

“Keşlə” səfərdə “Sumqayıt”ı Azər Salahlının 90+4-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!