Zaur Axundov fədakarlıq etdi, rumınları və legioneri razı saldı

24 İyul 2020 20:00 Şamaxı 1 963
Zaur Axundov fədakarlıq etdi, rumınları və legioneri razı saldı

“Keşlə“ uzun sürən danışıqlar prosesindən sonra, nəhayət, bu gün istəyinə çatııb.

Sportinfo.az-ın məlumatına görə, “Universitatya” Sezar Meza Kollinin yenidən Azərbaycana dönməsinə icazə verib.

Bakı təmsilçisi bunun üçün Rumıniya klubuna müəyyən məbləğ ödəyəcək. Paraqvaylı legionerin onlarla kontraktı gələn ilin yayında bitəcəyindən, qarşı tərəfi başqa cür yola gətirmək mümkün olmayıb.

“Keşlə“nin Müşahidə Şurasının sədri Zaur Axundov bu qayıdışın baş tutması üçün büdcədə nəzərdə tutulmayan vəsaiti şəxsi imkanları hesabına qarşılayıb.

Digər Xəbərlər
Xəbər Lenti