"Mən üzərimə düşən mənəvi borcu yerinə yetirmək istəyirəm"

21 İyul 2020 18:06 Şamaxı 1 101
"Mən üzərimə düşən mənəvi borcu yerinə yetirmək istəyirəm"

«Mən bu müraciəti Tovuzda döyüşlər başlayandan 1 gün sonra etmişəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ramiz Məmmədov deyib.

O, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulub. Tanınmış futbol adamı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyatdan kaçib.

Orduda könüllü olaraq xidmət etmək üçün müraciət ünvanlayan «Pro» kateqoriyalı mütəxəssisin zabit rütbəsi daşıdığını da bildirək. Vaxtilə sovet ordusunda həqiqi hərbi xidmət keçən R.Məmmədov indi də silaha sarılmağa hazırdır:

«Mən Mingəçevirdə anadan olsam da, əslimiz Qarabağdan, Ağdamdandır. O torpaqlar 1 gün belə, yadımdan çızmır. Qarabağın dörd bir tərəfində olmuşam.

Hər yanı qarış-qarış gəzmişəm, tanıyıram. Uşaqlığım, gəncliyim həmin yerlərdə keçib. Açığı, orduya yazılmağımla bağlı mətbuatda xəbər çıxmasını istəməzdim.

Saytınız bunu tapıb yazmasaydı, mən bu barədə heç nə danışan deyildim. Çünki mən qeyri-adi heç nə etməmişəm, öz üzərimə düşən mənəvi borcu yerinə yetirmək istəyirəm.

Qarabağlıyıq və işğal altında olan torpaqları azad etmək borcumuzdur. Xeyli sayda idmançı dostlar tanıyıram ki, onlar da könüllü surətdə müharibəyə getməyə hazırdır.

Siz soruşursuz, mən də deyirəm: müraciət ərziəsində qeyd etmişəm ki, döyüşlərə hazırlıq kursu keçərək yollanmaq yaxşı olar. Kor-koranə getmək olmaz.

Yeri gəlsə, tank da sürərəm, təyyarə də. Mənim üçün heç biri problem deyil, təki torpaqları azad edək. Ermənilər kimdir ki… Sovet vaxtı onları çox görmüşəm, qorxaqdılar.

Bütün dünya bilir ki, onlar Qarabağı kimin hesabına işğal edib. O torpaqlar hər güni məni özünə tərəf çəkir. Dədə-babamın, əmilərimin yaşadığı yerləri görmək üçün çox səbirsizlənirəm.

Doğrudan da, bu qədər dözdük, gözlədik, daha bəsdir. Azərbaycan xalqı çox qeyrətli, mərd və təəssübkeşdir. Hamımız Ali Baş Komandanın əsgərləyrik. Onun hər əmrinə tabeyik. Əmr gələn kimi ön cəbhədə olmağa hazırıq».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"