“Açığı, mən “Neftçi”dən ayrılacağımı gözləmirdim”

27 İyun 2020 00:42 Şamaxı 843
“Açığı, mən “Neftçi”dən ayrılacağımı gözləmirdim”

Sportinfo.az xəbər verir ki, “Keşlə”nin yeni transferi Tural Axundovun müsahibəsini təqdim edir:

– “Neftçi”dən ayrıldın. Mövsümü gedişində bilirdin ki, komandadan gedəcəksən? Ya yeni təklif oldu, razılıq əldə etmədiniz?

– “Neftçi” ilə müqavilə bitdi və artırılmadı. Buna hörmətlə yanaşıram. Biz futbolçuyuq və öz işimizi görürürk. Açığı, ayrılacağımı gözləmirdim. Çünki “Neftçi”də layiqincə çıxış etdim.

– İlk vaxtlar komandada daha çox oynayırdın, sonra belə olmadı. Səncə, bunun səbəbi nədir?

– Bu barədə nəsə deyə bilmərəm. Daha dəqiqini məşqçilər bilər.

– “Neftçi” karyeranı necə şərh edərdin?

– “Neftçi” böyük klubdu, orada oynamaq mənim üçün şərəfdir. O formanı geyirsənsə, sənə ümidlər çox olur. Komandanın güclü azarkeşi var və meydanda heç vaxt özümü tək hiss etmirdim. Azarkeşlərə alqış düşür ki, daim komandanın yanındadırlar. Onlara minnətdaram.

– Ayrılıqdan dərhal sonra “Keşlə”yə keçdin. Əvvəlcədən danışıqlar var idi?

– “Neftçi”də olduğum vaxtlar təklif qəbul etmirdim. Çünki güclü komandanın şərəfini qoruyurdum və bu, haqsızlıq olardı. Komandanı tərk edən kimi “Keşlə” təklif göndərdi. Dəyərləndirdim və müqavilə imzalamaq qərarına gəldim.

– Avropa Liqasında mübarizə aparacaq komandadasan və düşünürsən ki, burada karyeran uğurlu olacaq?

– Əlbəttə istəyirəm ki, “Keşlə”də uğurlu olum və karyeram davamlı olsun. Başqa klublarda necə can qoymuşamsa, burada da elə olacaq. Yeni komandamla uğurlara imza atmaq istəyirəm. Yaxşı olacağını düşünürəm.

– Mövsümün dayandırılmasını komandaların xeyrinə olan qərar hesab edirsən?

– Bilmirəm ki, bundan sonra necə olacaq. Amma çempionatın dayanması yaxşı oldu. Əgər Premyer Liqa davam etsəydi, çətin olacaqdı, zədələr qaçılmaz idi. Hər şey qismət idi. Qərarlara hörmətlə yanaşmalıyıq (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"