"Halallaşıb, klubdan ayrıldım"

25 İyun 2020 15:46 Şamaxı 863
"Halallaşıb, klubdan ayrıldım"

"Keşlə"dən dəvət gəldi. Bu, həm də mənim üçün yeni bir çağrış idi.

Karyeramda yeni səhifə açmaq istədim. Bu, qərar verməyimdə böyük rol oynadı. "Sumqayıt" rəhbərliyi ilə halallaşıb ayrıldım. Onlara da bir daha təşəkkür edirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Şəhriyar Əliyev deyib.

Mərkəz müdafiəçisi yeni baş məşqçisi Tərlan Əhmədovun bu transferdə əməyi olduğunu bildirib: "Tərlan müəllimlə o qədər də çox söhbət etmək imkanım olmadı.

Amma mənə əvvəldən də bildirmişdi ki, səni komandamda görməyi çox istəyirəm. Mən də çalışacam, onun ümidlərini doğruldum və davamlı olaraq heyətdə yer ala bilim"

Əliyev keçmiş komandasını və baş məşqçisini də unutmadı: "Sumqayıt"da gözəl günlərim oldu. Keçən il ölkə kubokunun finalında "Qəbələ"yə uduzmaqla avrokuboklara getmək şansını son anda əldən verdik.

Amma bu il hədəfimizə çatmağı bacardıq. Bunda baş məşqçimiz Ayxan Abbasovun xüsusi rolu var. Ümumiyyətlə, Ayxan müəllimin üzərimizdə əziyyəti danılmazdı.

"Sumqayıt"ın ilk dəfə avrokuboklara çıxmasında əməyimin olmasına sevinirəm. Amma ona üzülürəm ki, "Sumqayıt"la avrokuboklarda iştirak etmək qismət olmadı. Həyatdır, neyləmək olar... Xeyirlisi Allahdan!

Keçmiş komandama Avropa Liqasında uğurlu çıxış etməyi arzulayıram. Sonda bir daha komanda rəhbərliyinə, baş məşqçimizə və azarkeşlərə öz təşəkkürümü bildirirəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!