AFFA-nın milliləşdirmək istədiyi legioner: "Gəlin, müqaviləni pozaq!"

17 İyun 2020 10:52 Şamaxı 793
AFFA-nın milliləşdirmək istədiyi legioner: "Gəlin, müqaviləni pozaq!"

Son 1 ili icarə əsasında «Keşlə»də keçirən Sezar Meza Kolli “Universitatya” rəhbərliyinə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmaq istədiyini rumınların nəzərinə çatdırıb.

Krayova təmsilçisi onlarla sözləşməsi gələn ilin mayında başa çatacaq 29 yaşlı futbolçusuna gözləməyi tapşırıb. Yaxın günlərdə bununla bağlı bir qərar verəcəklərini AFFA-nın milliləşdirmə prosesinə başladığı cənubi amerikalıya bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti