QURBANOV: Bir az səbir etmək lazımdır, hər şey yaxşı olacaq"

13 İyun 2020 17:52 Şamaxı 618
QURBANOV: Bir az səbir etmək lazımdır, hər şey yaxşı olacaq"

"Artıq "Keşlə" ilə əməkdaşlıq etməməyi qərara aldıq. Bu andan agentim gələn təkliflər üzərində çalışacaq"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"dən ayrılan Ruslan Qurbanov deyib.

Yarımmüdafiəçi ayrılığın səbəblərindən danışmaq istəmədiyini deyib və keçmiş komandasına qarşıdakı görüşlərdə uğurlar arzulayıb:

"Mən daha "Keşlə" futbolçusu deyiləm. Prezident Zaur müəllim başda olmaqla bu klubun bütün işçilərinə təşəkkür edirəm.

Tərlan Əhmədova mənə göstərdiyi etimada görə "çox sağ ol" deyirəm. "Keşlə"yə uğurlar diləyirəm. İnşallah, Avropa Liqasına gedib, ən yaxşı tərəfdən özlərini göstərərlər"

Qurbanov gələcək karyerası ilə bağlı isə bunları dedi: "Agentlərim bu istiqamətdə işləyirlər. İndi dünyada pandemiya var. Bir az səbir etmək lazımdır. Hər şey yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"