Tərlan Əhmədov yenə özünü apara bilmir – İKİ PROBLEM 

13 İyun 2020 13:12 Şamaxı 842
Tərlan Əhmədov yenə özünü apara bilmir – İKİ PROBLEM 

«Keşlə»nin legionerləri yeni tələb irəli sürüb.

Sportinfo.az-ın məlumatına görə, əcnəbi futbolçular mövsümün qalan bölümündə meydana çıxmaq istəmir.

Belə deyək ki, Premyer Liqa bərpa olunarsa, biz onları meydanda görməyə bilərik.

Legionerlər bununla bağlı klub rəsmilərinə xəbərdarlıq edib. Bunu da 2 səbəblə əlaqələndiriblər.

Birincisi, iyun-iyul aylarını pulsuz keçirmək fikirləri yoxdur. Çempionat davam etdiriləcəksə, hər biri maaş vıə mükafatını gözləyir.

İkincisi, Tərlan Əhmədovun münasibəti və işə yanaşması ürəklərincə deyil. Əksər yerli oyunçular kimi, əcnəbilər də baş məşqçinin ağır və monoton hazırlıq prosesindən boğaza yığılıb.

Üstəlik, kobud rəftarından əl çəkmir. İdarəçilərdən xahiş ediblər ki, onunla bu barədə danışsınlar, özünü yığışdırsın.

Digər Xəbərlər
Xəbər Lenti