Axundov: "Bizimlə müqaviləsi var, komandada qalacaq"

24 Dekabr 2019 22:35 Şamaxı 1 691
Axundov: "Bizimlə müqaviləsi var, komandada qalacaq"

"Vüsal İsgəndərli ilə bağlı kluba heç bir rəsmi təklif gəlməyib. Rəhbərliklə söhbət olub və Vüsal ən azı mövsümün ikinci hissəsinidə komandamızda keçirəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin rəsmi "facebook" səhifəsində klubun mətbuat xidməti rəhbəri Murad Axundov paylaşıb.

Axundov komanda üzvlərinin hazırda isitrahətdə olduğunu və yanvarın əvvəlində toplaşacaqlarını bildirib: "Komandamız 12 yanvar tarixində təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Vüsal da bizimlə birlikdə olacaq. Müqaviləsi mövsümün sonuna kimidir deyə, komandada qalacaq. Maraqlananlar ola bilər, amma rəsmi şəkildə "Keşlə"yə heç bir xarici klubdan təklif gəlməyib".

Digər Xəbərlər
Xəbər Lenti