Tərlan Əhmədov "təmizləmə əməliyyatı"na başladı - 3-Ü GETDİ

24 Dekabr 2019 17:50 Şamaxı 2 004
Tərlan Əhmədov "təmizləmə əməliyyatı"na başladı - 3-Ü GETDİ

Premyer Liqada qış fasiləsinə 3-cü pillədə yollanan "Keşlə" "təmizləmə əməliyyatı"na başlayıb.

Sportinfo.az-ın məlumatına görə, lider "Qarabağ"dan 8 xal geri qalan Tərlan Əhmədovun komandası qapıçı Şahin Zəkiyev, yarımmüdafiəçi Emin Mehtiyev və hücumameylli yarımmüdafiəçi Ziya Əzizovla yolları ayırıb.

Klub yaydığı xəbərdə Zəkiyevlə anlaşmanı qarşılıqlı razılıq əsasında pozduğunu qeyd edib.

Zəkiyev, eləcə də Mehtiyev əsasən ehtiyatda qalırdılarsa, Ziya Əzizov ümumiyyətlə komandanın düşərgəsində deyildi. "Keşlə"də 1 oyun belə, keçirməyən U-21 yığmamızın üzvünün də qışdan sonra komandada olmayacağı dəqiqdir.

Digər Xəbərlər
Xəbər Lenti