Tərlan Əhmədov millidən, futbolçular 50 mindən oldu

22 Dekabr 2019 17:34 Şamaxı 2 417
Tərlan Əhmədov millidən, futbolçular 50 mindən oldu

Ölkə kubokunun ¼ final mərhələsində "Qarabağ"a məğlubiyyət "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovun bütün planlarını pozub.

Sportinfo.az-ın məlumatına görə, o, komandasının yarımfinala vəsiqə qazanması üçün 2 vəd verib. Birini futbolçulara, digərini baş məşqçi Tərlan Əhmədova.

Oyunçulara yarımfinala çıxacaqları təqdirdə ümumilikdə 50 min manat mükafat təyin edən Axundovun Tərlan Əhmədova verdiyi vəd isə belə olub: "Keşlə"də qala-qala səni ikinci işə düzəldəcəm".

Həmin ikinci iş yeri isə ölkənin əsas milli komandasıdır. Zaur Axundov AFFA rəhbərliyi ilə danışaraq, yığmanın yeni baş məşqçisinin köməkçisi postuna Tərlan Əhmədovu təyin etdirəcəyini məşqçinin özünə bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"