"Biz yalnız özümüzü fikirləşirik" - Sezar Meza Kolli

29 Oktyabr 2019 18:41 Şamaxı 588
"Biz yalnız özümüzü fikirləşirik" - Sezar Meza Kolli

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Sportinfo.az-a müsahibə verib:

- Premyer Liqanın 9-cu turunda “Keşlə” “Qəbələ”yə qalib gəldi. İkinci yarıda o qədər də yaxşı oynamasınız da qalib gəlməyi bacardınız...
- Komandamız ilk yarını əla oynadı. İkinci yarıda isə bir az konsentrasiyanı itirdik. Amma istədiyimiz nəticəni qazana bildik. İstədiyimiz də elə üç xal idi.

- "Neftçi” “Sumqayıt” matçından əvvəl 2-ci pillədəydiniz. Amma Sumqayıtda qeydə alınan nəticə istədiyiniz kimi olmadı.

- Bizim məqsədimiz öz oyunlarımızı qələbə ilə başa vurmaqdır. Ancaq öz oyunlarımızı fikirləşirik.

- Növbəti turdakı rəqibiniz “Səbail” olacaq. Son dörd oyunun hamısında uduzan rəqibinizi məğlub edə biləcəksiniz?
- "Səbail”ə qarşı oyunumuz da çətin alınacaq. Əlimizdən gələni edəcəyik. Çünki qalib gələrək aktivimizə növbəti xalları yazdırmaq istəyirik. Meydana qalib gəlmək üçün çıxacağıq.

- "Keşlə”nin əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Bunu reallaşdıra biləcəksiniz?
- Bayaq dediyim kimi indi fikirləşdiyimiz qarşıdakı oyunu qalib başa vurmaqdır. Biz hər oyundan sonra növbəti oyunu fikirləşirik. Yaxşı nəticələr qazanmağı isə çox istəyirik.

- Hazırda Azərbaycan Premyer Liqasının bombardiri Lorenzo Frutosdur. Həmyerlinin çempionatı bombardir kimi başa vuracağına inanırsan?
- Frutosun adına çox sevinirəm. Ümid edirəm ki, "Tito" bu seriyanı davam etdirəcək. Komandaya kömək edəcəyinə, bombardirlər sırasında olacağına inanıram.

- Azərbaycanda qardaşın Derlis Deyvid Meza Kolli ilə həm birlikdə, həm də rəqib kimi oynamısan. Onun işləri indi necədir? “Petrolul”dan ayrılıb Azərbaycana qayıtmaq istəyir?
- Derlislə tez-tez danışıram. Amma biz futboldan yox, başqa şeylərdən, həyatdan söhbət edirik. O, “Keşlə”nin hazırkı çıxışına görə şad olduğunu bildirir. Mənə də uğurlar arzu edir.

- 2013-cü ildən Azərbaycanda oynayırsan. Azərbaycan millisində oynamaq üçün sənə AFFA-dan dəvət gəlib?
- Mən hər zaman meydanda ən yaxşısını etməyə çalışıram. Azərbaycanda artıq hamı mənim nəyə qadir olduğumu, potensialımı yaxşı bilir. Azərbaycan millisinə hər zaman uğurlar arzu edirəm.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"