Tərlan Əhmədov: "Məğlub da ola bilərdik"

26 Oktyabr 2019 18:47 Şamaxı 636
Tərlan Əhmədov: "Məğlub da ola bilərdik"

“Qəbələ” ilə oyundan sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, Əhmədov öncə oyunu şərh edib:

- Hər matçda olduğu kimi bu dəfə də çoxsaylı qol vəziyyətləri yaratdıq. Fasiləyədək inamlı oynadıq. İkinci hissənin əvvəlində bir neçə epizodda yaxşı imkanlar əldə etdik, amma bundan sonra uşaqlarda arxayınlıq yarandı. “Qəbələ” yaxşı komandadır. Məğlub da ola bilərdik. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq.

- İlk dövrədə “Keşlə” əsasən ikinci hissədə yaxşı oyun göstərirdi. İkinci dövrədə isə yalnız fasilədən əvvəl bunu görürük. “Keşlə” nə vaxt 90 dəqiqə parlaq oynayacaq?
- Sezar Meza Kolli komandaya gec qoşulub. Hələ tam hazır deyil. Ruslan Qurbanovla Əfran İsmayılov da ideal formada deyillər. Arxada qalan 9 turda demək olar ki, eyni heyətlə oynamışıq. Rotasiyalar üçün heyətimiz geniş olmalıdır. Bu səbəbdən günü-gündən futbolçuların yüklənməsi artır.

- Matçboyu Tural Bayramlıya qışqırırdınız. Onu əvəzləyəcək futbolçu yoxdur? Sağlamlığınız daha önəmli deyil?
- Seçimimiz məhduddur. Limitə düşən futbolçular arasında o, hamıdan yaxşıdır. Tural gənclər yığmasına namizəddir. Onun potensialına bələdəm. Fransadakı məlum olay da ona pis təsir edib. Ancaq bütün hallarda, sağlamlığım daha önəmlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"