"Azərbaycanda qala bilməyəcəyimdən narahat idim"

2 Oktyabr 2019 12:33 Şamaxı 699
"Azərbaycanda qala bilməyəcəyimdən narahat idim"

"Keşlə"yə ötən qış gəlib yayda komandadan ayrılan Valeri Kutsenko karyerasını ölkəsi Ukraynanın aşağı liqasında mübarizə aparan "Avanqard"da davam etdirir.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "footboom.com" saytına müsahibə verib.

Kutsenko yeni komandasında hədəfləri barədə danışıb, jurnalistin Azərbaycan karyerası ilə bağlı sualına cavab verib:

"Sözün düzü, "Keşlə"də yaxşı mövsüm keçirsəm də, Azərbaycanda qala bilməyəcəyimdən narahat idim. İndi yalnız "Avanqard"la Premyer Liqada oynamaq istəyirəm. Moldova və Azərbaycan Premyer Liqasında çıxış edəndən sonra aşağı liqada oynamaq qəribə görünə bilər. Ancaq bəzən daha yaxşı "uçuş" üçün geri addım atmaq lazım olur".

O, 2015-ci ildə də Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb, amma AZAL-da.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"