"Ötən mövsüm "Keşlə"də indiki mehribanlıq yox idi" - Zaur Axundov

29 Sentyabr 2019 22:20 Şamaxı 642
"Ötən mövsüm "Keşlə"də indiki mehribanlıq yox idi" - Zaur Axundov

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın VI turunda "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiz?

Hər iki komanda gözəl futbol sərgilədi. Marağına, gərginliyinə görə bəlkə də turun ən baxımlı matçı idi. Komandamızı təbrik edirəm. Yuxarı sıralarda qalmaq üçün vacib qələbə idi. "Zirə"yə hər zaman böyük hörmətlə yanaşmışam. Onlar da yaxşı oynadılar.

- Necə düşünürsüz, "Keşlə" zirvədə qala biləcəkmi?

- Çempionatda vəziyyət elədir ki, sonda gedən komanda qələbə qazananda yuxarı pillələrə qalxır. Bu da çempionatın gərginliyindən xəbər verir. Qarşıda "Sumqayıt"la birinci dövrənin son oyunu var. Vaxtımız azdır. Ciddi hazırlaşmalıyıq.

- Ötən mövsüm komanda sizi razı sala bilmirdi. Bu il vəziyyət necədir?

- Əsas odur ki, komandada mehribanlıq var. Amma keçən il yox idi. Həm meydanda, həm də kənarda nizam-intizam var. Bunlar olan yerdə nəticə də olur. Bunun üzərində işləyirik. Ancaq komandanın baş məşqçisi var. Onlar da öz işlərini görürlər.

- Bu gün "Qarabağ" aşkar favoritdir. Sizcə, "Keşlə"nin bu komanda ilə mübarizəyə girişməyə gücü varmı?

- Təbii ki, "Qarabağ" adlı-sanlı komandadır. Avropada ölkəmizi təmsil edir. Fürsətdən istifadə edib, qarşıdakı avrokubok oyununda onlara uğurlar arzu edirəm. Biz hələ öz oyunumuz haqda düşünürük. Görüləsi işlərimiz çoxdur. Hər bir klub rəhbəri istəyər ki, yüksək nəticə olsun. Çempionat yeni başlayıb. Müəyyən boşluqlarımız var. Onları doldurmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"