Danışıqlar baş tutdu, komanda köhnə məkana qaytarıldı, amma…

6 Avqust 2022 14:40 Şamaxı 1 227
Danışıqlar baş tutdu, komanda köhnə məkana qaytarıldı, amma…

«Şamaxı» ayyarımlıq fasilədən sonra «ASK Arena»ya qayıdıb.

Bu, əyalət təmsilçisinin paytaxtdakı stadionun yeni icarədarı olan «Sabah»la apardığı danışıqlar sayəsində baş tutub.

«Şamaxı»nın əvəzedici komandası qarşıdakı 1 il ərzində keçmiş «yurd»unda qalacaq.

Növbəti mövsümün hazırlıqlarına start vermiş kollektiv I Divizionda rəqiblərini burada qəbul etməyəcək. Əsas komanda kimi, «dubl» da ev oyunlarını Şamaxıda keçirəcək.

Artıq yeni baş məşqçinin kimliyi də müəyyənləşib. Zaur İsmayılova Ruslan Əmircanov və Cəmaləddin Əliyev kömək edəcək.

Bu trio xeyli müddətdir bir yerdədir. Hər üçü ötən mövsüm həm Sənan Qurbanov, həm də Rüstəm Əliyevin rəhbərliyi altında əsas komandada çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"