"Neftçi"yə imtina cavabı bu səbəbdən verilib - AÇIQLAMA

2 Avqust 2022 23:40 Şamaxı 3 623
"Neftçi"yə imtina cavabı bu səbəbdən verilib - AÇIQLAMA

Dünən xəbər vermişdik ki, "Neftçi" Konfrans Liqasında "Rapid"lə səfər matçına daha yaxşı hazırlaşa bilmək üçün Premyer Liqanın birinci turunda səfərdə qarşılaşmalı olduğu "Şamaxı"ya müraciət edib.

"Ağ-qaralar"ın rəhbərliyi bölgə klubundan görüşün yerinin dəyişməsini xahiş edib.

Amma qarşı tərəf bu müraciətə "isti" baxmayıb, "yox" cavabı verib.

Adətən belə hallarda Premyer Liqa klubları avrokuboklardakı təmsilçimizə güzəşt edirlər. Maraqlıdır, indiki məqamda xüsusi hansı səbəb "Şamaxı"nı fərqli qərar verməyə vadar edib?

Komandanın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn sorğumuza cavab olaraq bunları deyib:

"İlk olaraq, "Neftçi"yə "Rapid"lə oyunlarda uğurlar arzulayıram. Oyunun yerinin dəyişdirilməsi ilə bağlı bizə müraciət daxil olmuşdu.

Şamaxıda bu oyuna çox maraq var, şəhər əhalisi böyük həvəslə bu oyunu gözləyir.

Azarkeşləri əlavə 20 gün gözlətməklə özümüzdən küsdürə bilərdik. Bunu əsas götürərək, oyunun yerini dəyişdirməyə razı olmadıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"