Komandanın paltardəyişmə otağında ŞOK OLAY – Funksioner öncə tapşırıq verdi, sonra…

11 May 2022 13:00 Şamaxı 1 211
Komandanın paltardəyişmə otağında ŞOK OLAY – Funksioner öncə tapşırıq verdi, sonra…

Premyer Liqanın 26-cı turunda keçirilən «Sumqayıt» - «Şamaxı» matçından sonra (2:0) qalmaqal yaşanıb.

Qonaqların rəhbər şəxslərindən biri (adını dəqiqləşdirməyə çalışırıq) qarşılaşmanın ardından paltardəyişmə otağına daxil olaraq, futbolçuları ən ağır sözlərlə təhqir edib.

Məğlubiyyətdən qəzəblənmiş funksionerin oyunçulara ünvanladığı ən yüngül ifadə «qudurmusuz» olub.

Demə, həmin şəxs oyundan əvvəl da paltardəyişmə otağına gələrək, komandaya öz tapşırıqlarını verib.

Baş məşqçi səlahiyyətlərini yerinə yetirən Rüstəm Əliyevə «sən kənara çəkil və sakit qal» söyləyən idarəçi «Sumqayıt»a qarşı necə oynamaq barədə göstərişlərini dilə gətirib, hücum futbolu sərgiləmələrini tələb eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"