"Şübhə" dolu "Şamaxı"…

26 Aprel 2022 19:00 Şamaxı 621
"Şübhə" dolu "Şamaxı"…

Adətən, baş məşqçi dəyişikliyi komandaya müsbət təsir edər.

Bütün futbolçular yeni gələn çalışdırıcıya özlərini yaxşı tərəfdən göstərmək üçün dəridən-qabıqdan çıxar.

Futbolun yazılmayan bu qanunu da «Şamaxı»da işləmir. Sənan Qurbanovu «Qarabağ»a 0:8 hesablı məğlubiyyətə görə yola salan klub bu dəfə «Sabah» qarşısında darmadağın oldu.

Ümumiyyətlə, «Şamaxı» Premyer Liqanın son 3 turunda öz qapısından üst-üstə 15 top çıxarıb. Bunun son 5 qolu «Sabah»ın payına düşür.

Göstərilən rəqəm dəhşət saçır. Bu, yalnız komandanın müdafiə xəttinin faciəvi durumda olmasına dəlalət etmir.

Bu, eyni zamanda, başqa şeylərdən xəbər verir. Onu araşdırmaq isə AFFA və klub rəhbərliyinin işidir. Zəhmət çəksinlər. Bir təhqiqata baş vursunlar.

Əlləri hər yerə çatır, istəsələr, maraqlı (qaranlıq) məqamları üzə çıxara bilərlər. Çəkdikləri əziyyətə heyifləri gəlsin, futbol adına indiyədək az iş görməyiblər.

15 qolun hər biri özlüyündə açıq sual doğurur. «Şamaxı»nın «yediyi» qolları biz yalnız həvəskar komandaların oyunlarında görürük. Bəzən onlar da belə səhvlər etmirlər.

«Şamaxı»da yüksəködənişli futbolçuların sayı kifayət qədərdir. 3-5 manat almır e, bunlar!

10 min manat maaş alanı var, ondan artığını qatlayıb cibinə qoyan da.

Ac-yalavac, qəpiyə güllə atan komandadan danışmırıq e, biz! Elə isə nədir bu?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!