"Qarabağ"a belə məğlubiyyət üzrlük də deyil artıq" - ACI ETİRAF

24 Aprel 2022 11:40 Şamaxı 1 160
"Qarabağ"a belə məğlubiyyət üzrlük də deyil artıq" - ACI ETİRAF

Ötən tura "Qarabağ" önündə darmadağın olan (0-8) "Şamaxı" bu gün növbəti matçın çıxacaq.

Komanda səfərdə avrokuboklara iddialı "Sabah"ın qonağı olacaq. Bölgə klubu bu matça yeni baş məşqçi Rüstəm Əliyevin rəhbərliyi ilə hazırlaşıb.

Komandanın sabiq kapitanı İlkin Qırtımov yeni baş məşqçi ilə keçən hazırlıq, son məğlubiyyət və bugünkü matça barədə fikirlərini Sportinfo.az-la bölüşüb:

"Qarabağ"la oyun haqqında danışılası nəsə yoxdur. Nə deyim, danışım axı? Mən hər zaman səmimi olmuşam. Belə ağır məğlubiyyət barədə danışılası nəsə yoxdur. Azarkeşlərdən üzr istəməkdən də keçib artıq. Bu, üzrlük də deyil. Başımıza belə bir halın gəlməsi çox pis oldu. Onsuz da vəziyyət ürəkaçan deyildi, bundan sonra daha da pis oldu.

Yeni baş məşqçimiz gəlib. İnşallah, bundan sonra yaxşı olar. Ancaq önümüzdəki matçları udmaqla bu durumdan çıxa bilərik. Bu halda bizim, azarkeşlərin nisbətən ürəyi açıla bilər. Qələbə seriyasına bu gün Masazırda "Sabah"ı məğlub etməklə start verməyə çalışacağıq. Hər kəs axşamkı qarşılaşmaya köklənib".

"Bank Respublika Arena"da keçiriləcək Sabah" - "Şamaxı" qarşılaşması bu gün, saat 18:30-da start götürəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!