Rayonda bu boyda stadion tikilib, projektorları hanı? - AÇIQLAMA

23 Aprel 2022 21:00 Şamaxı 1 034
Rayonda bu boyda stadion tikilib, projektorları hanı? - AÇIQLAMA

Maliyyəsi əsasən UEFA-dan gələn pullardan təşkil olunan Şamaxı şəhər stadionunda çatışmazlıqlar mövcuddur.

Bunlardan ən diqqətçəkəni Premyer Liqa oyunlarını qəbul edən meydanın işıqlandırma sisteminin olmamasıdır.

21-ci əsrdə stadionun tikilməsinə küllü miqdarda pul ayrılır, məkanın yerli və beynəlxalq oyunları qəbul etməsi nəzərdə tutulur, lakin proetkorlar yoxdur.

Belədə oyunlar yalnız günorta saatlarına salınmalıdır ki, əskiklik özünü göstərməsin.

Qəribədir, deyilmi?

AFFA-nın baş katibinin müavini Kamran Vəliyev məsələ ilə bağlı Sportinfo.az-ın sualını cavablandırıb:

“Stadionun tikintisi zamanı projektorların qurulması nəzərdə tutulmamışdı. Lakin gələcəkdə işıqlandırma sisteminin olması mümkündür. Bunun üçün maliyyə ayrılması lazımdır. Maddi vəsait olandan sonra bunu etmək problem deyil”.

2200 azarkeş tutumuna malik Şamaxı şəhər stadionu 2021-ci ilin noyabrın 1-də istifadəyə verilib.

Stadionun inşası üçün ayrılan maliyyə vəsaitinin 87%-i UEFA-nın, 13%-i isə AFFA tərəfindən təmin olunub və Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi ilə tikilib.

Stadionda ilk rəsmi oyun bu ilin aprelin 9-da “Şamaxı” ilə “Neftçi” arasında keçirilib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!