Azərbaycan klubu baxışa məşqçi çağırdı - Braziliyadan

11 Yanvar 2022 10:40 Şamaxı 2 550
Azərbaycan klubu baxışa məşqçi çağırdı - Braziliyadan

«Keşlə» yeni məşqçi gətirib.

Klub rəhbərliyi Sənan Qurbanovun işini yüngülləşdirmək məqsədilə ona Braziliyada köməkçi tapıb.

O, komandanın fiziki hazırlığı ilə məşğul olacaq.

Maraqlısı odur ki, bakılılar cənubi amerikalıya 10 gün vaxt verib. Əgər işi idarəçiləri qane etsə, onunla müqavilə imzalanacaq.

Cari mövsümün əvvəlinə kimi «Keşlə»də bu işləri Azər Bağırovla Əli Muradov görürdü.

Baş məşqçi Bağırovu futbolçularla yaxın münasibətlərinə görə buradan uzaqlaşdırdısa, Muradov səhhətində yaranmış problemlər səbəbindən korpusu tərk etdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"