"Sportinfo" xəbər yaydı, paytaxt klubu problemi həll etdi

30 Sentyabr 2021 10:40 Şamaxı 836
"Sportinfo" xəbər yaydı, paytaxt klubu problemi həll etdi

«Keşlə»nin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) əsas problemlərindən biri artıq həllini tapıb.

Söhbət akademiyanın yeni idman formalarıyla təminatından gedir.

Bun münasibətlə təqdimat mərasimi keçirilib. Mərasimdə iştirak edən klubun İdarə Heyətinin sədr müavini Elşan Abasov uşaq və gənc futbolçulara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb və qarşıdan gələn çempionat yarışlarında uğurlar diləyib.

Paytaxt təmsilçisi 3 il idi ki, köhnə geyim dəstlərindən istifadə edirdi. Saytımız bu problemin üzünə düşüb, akademiyada mövcud olan çatışmazlıqları ictimailəşdirəndən sonra rəsmilər hərəkətə keçdi.

Onu da bilirik ki, bununla bağlı klubdaxili iclas keçirilib. Akademiyanın normal fəaliyyətinə mane olan amillər ətrafında geniş fikir mübadiləsi aparılıb və çıxış yolları araşdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!