Azərbaycan klubunda hələ belə biabırçılıq olmamışdı...

23 Sentyabr 2021 21:00 Şamaxı 3 360
Azərbaycan klubunda hələ belə biabırçılıq olmamışdı...

Ötən mövsüm ölkə kubokuna sahib çıxıb, yayda ölkəmizi avrokuboklarda təmsil edən “Keşlə”nin indiki durumu ürək ağrıdır.

“Qırmızılar” Premyer Liqada keçirdiyi 4 oyunda aktivinə 1 xal belə yazdıra bilməyib. Və bu 4 matçda rəqib qapılarına cəmi 1 qol vurduqları halda, öz qapılarından 9-nu buraxıblar.

Sportinfo.az xəbər verir ki, bu, “Keşlə”nin tarixində ilk belə hadisədir. Komanda 2017-18 mövsümünün ortasından, lap dəqiq desək, 2017-nin oktyabrından “İnter”in sələfi olaraq “Keşlə” adlanır.

Ad dəyişən mövsümü saymasaq, qəsəbə təmsilçisi artıq 4-cü çempionatdır ki, mübarizəyə “Keşlə” kimi qoşulur. Di gəl, indiyə qədər heç vaxt bu cür debütlə yadda qalmayıb.

Buna oxşayanı olub, amma eynisi yox. “Keşlə”nin son 4 mövsümdə ilk 4 turdakı nəticələrinə təqdim edirik:

2018-19

Keşlə – Sabah 0:1

Zirə - Keşlə 2:2

Keşlə - Səbail 1:2

Neftçi – Keşlə 2:0

2019-20

Keşlə - Qarabağ 0:1

Sabah – Keşlə 0:1

Qəbələ - Keşlə 0:4

Keşlə - Səbail 1:2

2020-21

Sumqayıt – Keşlə 0:1

Keşlə - Qarabağ 0:0

Qəbələ - Keşlə 0:0

Keşlə - Zirə 2:3

2021-22

Keşlə - Sumqayıt 0:2

Qəbələ - Keşlə 2:1

Keşlə - Zirə 0:2

Neftçi – Keşlə 3:0

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"