Qurbanov özündən çıxdı: "Onu əvəzedici heyətə göndəriləcək"

11 Sentyabr 2021 22:50 Şamaxı 1 056
Qurbanov özündən çıxdı: "Onu əvəzedici heyətə göndəriləcək"

"Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonra işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası çox şey yoxdur: "Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür".

Qurbanov görüşün 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan Anatole Abanqın sərt cəzalandırılacağını söyləyib:

"Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək,

AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki 25-ci dəqiqədə qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı".

Digər Xəbərlər
Xəbər Lenti