"Mənim futbolçularımda aqressiya çatmırdı"

29 İyul 2021 23:00 Şamaxı 744
"Mənim futbolçularımda aqressiya çatmırdı"

"Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda nəzarəti əldən verdik.

Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı bütün komandanı aldadaraq, 2 qolun vurulmasına səbəb oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Soçi"nin baş məşqçisi Vladimir Fedotov Bakıda "Keşlə"yə 4:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, oyunçularının çoxu oyun ərzində bütövlüklə müdafiəyə toplaşması onu narahat edib:

"Evdəki kimi uzaqdan zərbələr vura bilmədik. Hər halda bu görüşdə qələbə qazanmaq bizə nəsib oldu".

Baş məşqçi "Soçi"nin futbolçularının aqressiv olması haqqında fikri ilə razılaşmayıb:

"Tribunada olanda epizodlar başqa cür görsənir. Düşünürəm ki, mənim futbolçularımda aqressiya çatmırdı. Topu hərəkət etdirəndə oyunçularım ehtiyatlı davranırdılar.

Rəqibə boşluqlar verirdilər. Onlar da bundan istifadə edib, rahat davranırdılar. Ot örtüyünün də suni olması sürətin azalmasına səbəb olurdu. Bu mənada düşünürəm ki, biz aqressiv deyildik.

Oyundan öncə futbolçularıma bildirmişdim ki, yenə qələbə qazanmalıyıq. Onlara minnətdaram ki, sözümü yerə salmadılar. Bütün güclərini sərf edərək qalib gəldilər.

Ev oyunumuzda azarkeşlər yox idi. Bu qarşılaşma isə yayınlanırdı. Uşaqlar özlərini azarkeşlərə göstərməli idilər. Futbolçularım buna nail oldular".

Mütəxəssis "Keşlə"nin yeni qurulan komanda olduğunu əlavə edib: "Bir çox oyunçular "Keşlə"yə yeni qoşulub. Ola bilər ki, bir qədər oyun praktikasından əziyyət çəkirlər.

Fərdi ustalıqları üstün olan futbolçuları var. İndi qalıb komanda olaraq formalaşmaları. Bundan sonra onların üçün hər şey yaxşı olacaq.

Bu komanda hücuma meyillidir. Bu da hər kluba üstünlük verən amildir. "Keşlə"yə uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti