"Hücum futbolu oynayıb, sərfəli nəticə qazanmaq istəyirik"

19 İyul 2021 20:20 Şamaxı 658
"Hücum futbolu oynayıb, sərfəli nəticə qazanmaq istəyirik"

"Avrokuboklar öncəsi qələbə qazanmaq vacib idi.

Bu, komandaya özünəinam gətirməklə yanaşı, əhval-ruhiyyəni yüksəldir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Soçi"nin baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında Konfrans Liqasının II təsnifat mərhələsində "Keşlə" ilə keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis evdəki matça ciddi hazırlaşdıqlarını bildirib: "Rəqib ötən mövsüm Azərbaycan çempionatında 8 komanda arasında 6-cı yeri tutub.

Kuboku qazandıqları üçün Konfrans Liqasına vəsiqə əldə ediblər. Rəqib haqqında məlumatımız azdır. Heyətdə bəzi rotasiyalar olub, keyfiyyətli oyunçular alıblar.

Məlumat toplamağa, necə, hansı taktiki sxemlə oynadıqlarını müəyyənləşdirməyə çalışırıq. Hücum futbolu oynayacağıq. Çünki ilk oyunda sərfəli nəticə qazanmaq istəyirik".

İyulun 29-da keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!