Azərbaycanda sonuncu dəfə...

30 Aprel 2021 16:20 Şamaxı 745
Azərbaycanda sonuncu dəfə...

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” cütünün taleyi penaltilər seriyasında həll olunub.

Sportinfo.az xəbər verir ki, hər iki görüşü 0:0 hesabı ilə başa çatan duelin “lotereya”sında sumqayıtlılar üstün olub – 5:4.

Bu, təkcə cari mövsüm deyil, son 4 turnirdə ilk belə hadisədir. Azərbaycan kubokunda sonuncu dəfə penaltilər seriyası 2016/17 mövsümünə təsadüf edib.

2016-cı il dekabrın 3-də Qəbələdə eyniadlı komanda “Zaqatala” ilə 1/8 final matçında 120 dəqiqədə qalib gələ bilməyib – 2:2. Penaltilərdə daha dəqiq olan “Qəbələ” 1608 gün öncəki görüşdə 4:1 hesabı ilə üstün olub.

Digər Xəbərlər
Xəbər Lenti