UEFA vəsait ayırdı, AFFA klubun borcunu bağladı

18 Fevral 2021 11:40 Şamaxı 1 071
UEFA vəsait ayırdı, AFFA klubun borcunu bağladı

«Keşlə» uzun müddətdir gözlədiyi xəbəri alıb.

AFFA 3 aya yaxındır pul üzünə həsrət qoyduğu paytaxt klubunu sevindirib.

Federasiyadan bildirilib ki, ən qısa müddətdə maaş borcu bağlanacaq. AFFA problemi UEFA-dan gələn vəsait hesabına çözüb.

Bilindiyi kimi, qitə futbol qurumu Azərbaycan Premyer Liqasında mübarizə aparan, lakin Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara qurumun “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.

“Qarabağ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər yeddi təmsilçisinin hər birinə isə 74 633,71 avro ödənilib.

Bu o deməkdir ki, UEFA Azərbaycana ümumilikdə 522 435,97 avro (1 077 576,4317 manat) vəsait köçürüb.

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"