“Neftçi“yə uduzdular, komandasından razı qaldı

15 Yanvar 2021 23:20 Şamaxı 592
“Neftçi“yə uduzdular, komandasından razı qaldı

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, 3:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur. Bu gün komandamızın taktiki və fiziki hazırlığına diqqət yetirdik. Səhvlərimizin üzərində çalışacağıq.

Lakin deyə bilərəm ki, komandamızın oyunundan razı qaldım. Yeni oyunçularımız tam olaraq hazır olmasalar da, yaxşı təsir bağışladılar. İnanıram ki, “Sumqayıt”la oyuna qədər tam olaraq hazır olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!