Baş məşqçidən "yuxarı"ya şikayət etdi, ağladı

21 Mart 2021 15:00 Şamaxı 984
Baş məşqçidən "yuxarı"ya şikayət etdi, ağladı

«Keşlə»nin hücumçusu Anastolie Abanq klub rəhbərliyi ilə görüşüb.

Qış fasiləsindən sonra Azərbaycana gələn kamerunlu baş məşqçidən şikayətlənib.

Afrikalı Sənan Qurbanovun ona mənfi münasibətindən gileylənib və hətta… ağlayıb.

Abanq geridə qalan turlar ərzində Premyer Liqada qol hesabını aça bilməməsini bəxtisizliklə əlaqələndirib. İddia edib ki, bura yalnız pul qazanmaq üçün gəlməyib, sadəcə, zəif komandaya düşüb və tərslikdən şans da ondan üz döndərib.

Bir daha qeyd edək ki, Sənan Qurbanovla Anatolie Abanq arasında problem yaranıb.Buna çalışdırıcının kamerunlu hücumçuya sərt şəkildə irad tutmaası səbəb olub.

Belə ki, o, qış fasiləsində gələn afrikalı forvarda yüksək əməkhaqqı aldığını, ancaq komaandaya faydasının dəymədiyini söyləyib.

Aylıq 10 min dollar maaş alan Abanqa hələ də Premyer Liqada qol hesaabını aça bilməməsini xatırladan mütəxəssis«günah səni bura gətirəndədir» ifadəsini işlədib.

«Şerif»in sabiq qolçusu ünvanına səslənən iradlarla tam razılşmayıb. O, hələ də adaptasiya prosesini keçmədiyini, özünü meydanda rahat hiss etmədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!