Şahin Diniyev onu peşman etdi, getmək QƏRARI VERDİ

28 Dekabr 2023 09:40 Səbail 2 868
Şahin Diniyev onu peşman etdi, getmək QƏRARI VERDİ

Mövsümlərarası fasilədə «Şamaxı»dan «Səbail»ə qayıdan Amil Yunanov yenidən buradan ayrılmağa hazırlaşır.

30 yaşlı hücumçu bu barədə klub rəhbərliyini məlumatlandırıb.

O, Şahin Diniyevin münasibətinə görə düşərgədən getmək fikrinə düşdüyünü bildirib.

Baş məşqçi tərəfindən az şans verilən forvard gələn ilin yayında bitəcək müqaviləsinə vaxtından əvvəl xitam vermək qərarına gəldiyini deyib.

Cari mövsüm az-az hallarda forma geyinən «Qəbələ»nin yetirməsinin Premyer Liqanın bəzi təmsilçilərindən təkliflər aldığını da söyləyək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti