Rusiyaya səs salan azərbaycanlı məşhurun qızı - FOTOLAR

1 Mart 2023 09:20 Hadisə 727
Rusiyaya səs salan azərbaycanlı məşhurun qızı - FOTOLAR

Azərbaycanlı gimnast Lalə Kramarenko Rusiyanı fəth edib.

Sportinfo.az xəbər verir ki, bədii gimnastika üzrə Rusiya millisinin üzvü ölkə çempionatının dörd ayrı yarışında qalib olub.

Kramarenko halqa, top, gürz və lentlə hərəkətlərdə fərqlənib. O, çempionatda ən yaxşı göstəriciyə imza atan idmançı olub.

Məlumat üçün qeyd edək ki, Lalə futbol üzrə milli komandamızın sabiq qolkiperi, hazırda Moskva ÇSKA-sında çalışan Dmitri Kramarenkonun qızıdır.

Onun babası Sergey Kramarenko "Neftçi"nin qapıçısı olub. Ailə üzvləri azərbaycanlı olsa da,

Lalə 2004-cü ildə Rusiyada doğulub. Ancaq gimnastikayla 3 yaşından Bakıda məşğul olmağa başlayıb.

Bir sıra yarışlarda ölkəmizi təmsil də edib. Ancaq 11 yaşında məşqçisi ilə birlikdə Rusiyaya köçüb və karyerasını orada davam etdirib.

Lalə fərdi yarışlarda böyük uğurlar qazanıb. 3 dəfə yeniyetmələrin Dünya və Avropa çempionatlarının qalibi olub. Qran-Prilərdə 6 qızıl medal qazanıb.

O, həmçinin böyüklər arasında keçirilən Avropa Çempionatının da qalibidir. O, dəfələrlə iştirak etdiyi dünya çempionatlarında mükafatçılar sırasına düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda