Turan Avropa çempionatında finala vəsiqə qazandı

29 İyun 2021 12:00 Güləş 515
Turan Avropa çempionatında finala vəsiqə qazandı

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli Ahmet Karavuşa uduzub.

65 kq-da Sabir Cəfərov təsnifat mərhələsində slovakiyalı Tomas Şoerqoya, 1/8 finalda isə fransalı Luis Mazoyerə vaxtından əvvəl (10:0) qalib gəlib.

1/4 finalda Burak Sinin (Türkiyə) üzərində 7:0 hesablı qələbə qazanan güləşçi finala gedən yolda rusiyalı Turpal Xatuyevlə bacarmayıb - 10:13. O, sabah bürünc medal görüşünə çıxacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov ardıcıl olaraq Simon Monz (Almaniya), Narek Harutyunyan (Ermənistan) və Davit Patsinaşvilini (Gürcüstan) məğlub edərək finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi Stanislav Novak (Moldova) olacaq.

79 kq-da çıxış edən Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı Rasul Asluyevə uduzub.

97 kq-da Zəfər Əliyev debütdə gürcüstanlı Luka Xutçuaya 12:2 həsabı ilə qalib gəlsə də, 1/4 finalda Ukrayna təmsilçisi Danilo Stasiukla bacarmayıb.

Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"