Bu komanda da AVRO-2024-ə vəsiqə qazananlara qoşuldu - NƏTİCƏLƏR

20 Noyabr 2023 02:00 Avropa çempionatı 2 206
Bu komanda da AVRO-2024-ə vəsiqə qazananlara qoşuldu - NƏTİCƏLƏR

AÇ-2024-ün seçmə mərhələsində sonuncu – 10-cu tur start götürüb.

Sportinfo.az xəbər verir ki, 9 oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdi.

Onlara Serbiya da qoşulub. Serblər evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.

Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə yüksəlib.

19 noyabr

A qrupu

23:45. Şotlandiya – Norveç - 3:3

Qollar: C.Makqin, 13, L.Ostiqard, 33-avtoqol, S.Armstronq, 59 - A.Donnum, 3, S.Larsen, 20, M.Elyunussi, 86

23:45. İspaniya – Gürcüstan - 3:1

Qollar: Normand, 4, Torres, 55, Lexoşvili, 72-avtoqol. - Kvaratsxeliya, 10

Xal durumu: İspaniya – 21. Şotlandiya – 17, Norveç – 11. Gürcüstan – 8. Kipr – 0.

F qrupu

21:00. Belçika – Azərbaycan - 5:0

Qollar: Romelu Lukaku, 17, 26, 30,37, Trossard, 90

21:00. İsveç – Estoniya - 2:0

Qollar: V.Klaesson, 22, E.Forsberq, 55

Xal durumu: Belçika - 20, Avstriya – 19. İsveç – 10. Azərbaycan – 7. Estoniya – 1.

G qrupu

18:00. Macarıstan – Monteneqro - 3:1

Qollar: D.Soboslai, 66, 68, A.Naqi, 90+3 - S.Rubejiç, 36

18:00. Serbiya – Bolqarıstan - 2:2

Qollar: M.Velykoviç, 17, S.Babiç, 82 - Q.Rusev, 59, K.Despodov, 69

Xal durumu: Macarıstan – 18. Serbiya – 14. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.

J qrupu

23:45. Bosniya və Herseqovina – Slovakiya - 1:2

Qollar: P.Hrosovski, 49 (avtoqol) - R.Bojenik, 52, L.Satka, 71

23:45. Lixtenşteyn – Lüksemburq - 0:3

Qollar: P.Hrosovski, 49 (avtoqol) - R.Bojenik, 52, L.Satka, 71

23:45. Portuqaliya – İslandiya - 2:0

Qollar: B.Fernandes, 37, R.Horta, 66

Xal durumu: Portuqaliya – 30. Slovakiya – 22. Lüksemburq – 17. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.

Digər Xəbərlər
Xəbər Lenti