“Mən bilirəm ki, sonda..."

23 Aprel 21:40 Avropa çempionatı 203
“Mən bilirəm ki, sonda..."

“Bayern”in və Almaniya yığmasının hücumçusu Tomas Müller milli komandanın 2024-cü il Avropa çempionatındakı hədəflərindən danışıb.

Sportinfo.az “GQ Germany”-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu millinin məqsədinin Avropa çempionatını qazanmaq olduğunu bildirib:

“Mən bilirəm ki, sonda həmişə vacib olan nəticədir. Təbii ki, Almaniya milli komandasının məqsədi Avropa çempionatını qazanmaqdır”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək. Almaniya millisi A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə qarşılaşacaq.

Müller bu mövsüm 36 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti