“Qurban Qurbanov dedi, ona da qulaq asmadılar” - VİDEO

23 Aprel 17:40 Turan 1 840
“Qurban Qurbanov dedi, ona da qulaq asmadılar” - VİDEO

“İndiki AFFA rəhbərliyi də bu kluba kömək etmək istəmir”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Turan Tovuz”un üzləşdiyi problemi qabardıb.

Tanınmış teleşərhçi bildirib ki, qərb təmsilçisi süni meydançasını təbii otla əvəz etmək istəyir, amma AFFA onların yardım çağırışına məhəl qoymur.

O, federasiyanın yeni rəhbərliyinin də əvvəlkilərin yoluyla getdiyini, pulu bahənə gətirdiyini söyləyib.

Qeyd edib ki, Qurban Qurbanov başda olmaqla, yerli məşqçilər daim bu problemin futbolçulara mənfi təsirindən şikayətlənib,

AFFA başbilənləri onların da sözünü eşitmir. Abbasov qurumun büdcəsiylə bağlı fakta toxunub, söyləyib ki, əslində vəsait çatışmazlığı ilə bağlı deyilənlər əsassızdır.

Başqa sözlə, AFFA-nin maliyyə ehtiyatı kifayət qədər böyükdür, sadəcə, “Turan”a dəstək olmağa “ərinirlər”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!