PSJ-nin uruqvaylı hücumçusu "Benfika"ya keçdi

10 Avqust 2020 00:14 Fransa 1 008
PSJ-nin uruqvaylı hücumçusu "Benfika"ya keçdi

PSJ-nin futbolçusu Edinson Kavani karyerasını Portuqaliya "Benfika"sında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu yeni komandasında hər il 9 milyon avro əmək haqqı qazanacaq.

Kavani PSJ-də 2013-cü ildən çıxış edib. Ötən mövsüm uruqvaylı forvard Fransa çempionatında 11 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya A Seriyasında "Palermo" və "Napoli"nin də formasını geyinib.

"Benfika" 2019/2020 mövsümünü ikinci pillədə başa vurub. Lissabon klubu Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti