Hakim futbolçunun üzünə dirsəklə vurdu, yerə yıxdı - FOTO

8 Noyabr 2021 10:20 Fransa 821
Hakim futbolçunun üzünə dirsəklə vurdu,  yerə yıxdı - FOTO

Fransada Liqa 1-in 13-cü turu çərçivəsində keçirilən "Reyms" - "Monako" matçında görüşün baş hakimi Jeremi Pinyarın iştirakı ilə kuryoz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, matçın birinci hissəsinin əvvəlində hakim səhvən “Reyms”in yarımmüdafiəçisi Moret Kassamın üzünə dirsəyini vuraraq, onu yerə yıxıb.

Qvineya-Bisaudan olan futbolçunun həkimlərin köməyinə ehtiyacı olsa da, matçı davam etdirə bilib.

Oyun qolsuz bərabərliklə bitib. 13 turdan sonra 18 xalla "Monako" Liqa 1-in turnir cədvəlinin onuncu pilləsində, "Reyms" isə 12 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti