“Atamı ilk dəfə idi ki, göz yaşları içində görürdüm”

28 Mart 00:20 Dünya futbolu 163
“Atamı ilk dəfə idi ki, göz yaşları içində görürdüm”

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Argentina millisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbəni xatırladıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu, atasını həmin vaxt ilk dəfə göz yaşları içində gördüyünü bildirib:

“Düşünmürəm ki, oyundan sonra ilk dəqiqələrdə nə baş verdiyini anlaya bilmədik. Atamı ilk dəfə idi ki, göz yaşları içində görürdüm.

Və o, yumşaq ürəkli insan deyil! İnanıram ki, bu, heç vaxt unuda bilməyəcəyim bir andır”.

Finalda argentinalılar penaltilər seriyasında daha dəqiq olmaqla Fransa millisinə qalib gəlib.

Aleksis Makallister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!