"Mən hər şeyin səhv olduğunu söyləyən insanlara özümü göstərmək istəyirəm"

24 Mart 00:20 Dünya futbolu 161
"Mən hər şeyin səhv olduğunu söyləyən insanlara özümü göstərmək istəyirəm"

Argentina millisinin hücumçusu Lautaro Martines Salvador yığması ilə yoldaşlıq görüşündə (3:0) çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, növbəti oyun üçün daha çox çalışacağını və daha yaxşı çıxış edəcəyini söyləyib:

“Hər məşqdə məşqçiyə göstərirəm ki, komandaya kömək etməyə həmişə hazıram. Oyuna istər mən başlayım, istərsə də əvəzedici.

Bu formanı geyinmək üçün çalışıram. Rəqabəti xoşlayıram. Bu gün cəhd etdim, amma bacarmadım.

Çalışmağa davam edəcəm və növbəti oyunda qol vurmaq imkanım olacaq. Mən hər şeyin səhv olduğunu söyləyən insanlara özümü göstərmək istəyirəm.

Çünki milli komandaya hər zaman hər şeyimi verirəm”.

Argentina millisi martın 27-də Kosta-Rika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!