Pul olsa, yəqin ki, Azərbaycan klubları "hə" deyəcək - VİDEOLAR

24 İyun 2020 10:24 Azərbaycan Futbolu 968
Pul olsa, yəqin ki, Azərbaycan klubları "hə" deyəcək - VİDEOLAR

Türkdilli dövlətlərin komandaları arasında keçiriləcək “Turan Kuboku”nun formatı ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, təşkilatçılar yarışa qatılacaq komandaların adlarını da müəyyənləşdirməyə başlayıb.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Kipr klubları ilə yanaşı, digər ölkələrdən də bir neçə komandanın dəvəti planlaşdırılır. Onlardan biri İran çempionatında çıxış edən “Traktor”dur.

Ən çox azarkeş kütləsinə malik klubların rəhbərliyi ilə bununla bağlı danışıqlar başlanılıb. Həmçinin Rusiya Premyer Liqasında mübarizə aparan “Rubin”in də turnirə qatılması planlaşdırılır.

“Turan kuboku”nda Azərbaycanı “Qarabağ” və “Neftçi”nin təmsil etməsi gözlənilir. Yarışın ənənəvi hal alması mükafat fondunun təsis olunması yönündə hazırda məsləhətləşmələr aparılır. Bunun üçün müəyyən sponsorlarla görüşmələr davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti