COP29

Bordin dünyanın 671-ci məşqçisidir - Valverde liderdir

10 Dekabr 2019 14:01 Azərbaycan Futbolu 770
Bordin dünyanın 671-ci məşqçisidir - Valverde liderdir

Baş məşqçilərin dünya reytinqi açıqlanıb. Sportinfo.az xəbər verir ki, planetin 1000 ən yaxşı məşqçisinin yer aldığı siyahıda 2 təmsilçimiz var - Qurban Qurbanov və Roberto Bordin.

Təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”ın baş məşqçisinə məxsusdur. Qurbanov aktivindəki 1017 xalla dünyada 590-cı yerdə qərarlaşıb. Ağdam klubunun çalışdırıcısı müqayisədə 1 pillə irəliləyib.

“Neftçi”nin italiyan baş məşqçisi də 1 pillə irəliləyərək 671-ci yerə yüksəlib. Bordinin hesabında 818 xal var. Ümumi dünya cədvəlinə 15637 xalla “Barselona”nın baş məşqçisi Ernesto Valverde liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!